Hökumətin vergiləri artırmaqla büdcə gəlirlərini təmin edəcəyi ilə bağlı iddialar reallığı əks etdirmir – Komitə sədri

Baş səhifə

Bakı. Trend:

Büdcə zərfi ilə səsələnən fikirlərdən biri bundan ibarətdir ki,
guya hökumət vergiləri artırmaqla büdcə gəlirlərini təmin etmək
niyyətindədir. Bu fikirlər reallığı əks etdirmir. Büdcə
daxilolmaları vergi yükünü artırmaq hesabına təmin edilsəydi nə
üçün cəmi 0,7 faiz artırılır?!

Trend xəbər
verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü
plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət
büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.




Komitə sədri gələn il üçün güzəştlərin tətbiq edildiyini
bildirib:

“Məqsəd vergi yükünü artırmaqdırsa nə üçün dövlət tərəfindən
növbəti ildə büdcə gəlirlərinin 17 faizi həcmində, yəni 6,6 milyard
manatlıq vergi, gömrük güzəşt və azadolmaları tətbiq edilir?!
Rəqəmlər və hökumətin rəsmi açıqlamaları da göstərir ki, büdcə
zərfi vergi yükünü artırılmasını deyil, gəlir mənbələrini
şaxələndirərək vergi bazasının genişləndirilməsini, kölgə
iqtisadiyyatının daralmasını, vergi-gömrük təşviqləri vasitəsi ilə
qeyri-neft sektorunun inkişafına təkan verilməsini nəzərdə
tutur”.