Bakıda piyada keçidini göstərən nişanlanma xətti niyə pozulub? – RƏSMİ CAVAB + FOTO/VİDEO

DIN




Bakıda piyada keçidini göstərən nişanlanma xətti pozulub.

resmixeber.az xəbər verir ki, “Vasmoy bazarı” kimi tanınan ərazinin yaxınlığında piyada keçidi pozulub. Bununla da piyadalar üçün keçiddə təhlükəli vəziyyət yaranıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Agentliyin mətbuat katibi Tural Orucov resmixeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, yol nişanlanma xətlərinin boyalarının silinməsi müxtəlif səbəblərdən baş verir.

“Boyaların rənginin solması yoldakı hərəkət intensivliyi və meteoroloji amillərin təsiri ilə əlaqədardır. Silinən nişanlanma xətlərinin yenilənməsi isə plan üzrə mərhələli qaydada həyata keçirilir”.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir