Bakıda kişinin intim videosunu çəkərək onu şantaj edən şəxslər ələ keçdilər

Kriminal

Bakıda kişinin intim videosunu gizli çəkərək onu şantaj edən dörd nəfər tutulub.

“Qafqazinfo”nun məlumatına görə, X.Qulamov (şərti ad) adlı vətəndaş tanımadığı şəxslər tərəfindən hədələnib. 

Bundan sonra o , Xəzər RPİ-yə müraciət edib.

O bildirib ki, bir müddət əvvəl paytaxt ərazisində qadınla tanış olub və həmin qadınla intim münasibətdə olan zaman videoları lentə alınıb.

Sonradan bir qrup şəxs tərəfindən həmin videolarla şantaj edildiyini deyən şikayətçi onlara görüntülərin yayılmaması müqabilində 3 000 manat pul verdiyini bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Bakı və Sumqayıt şəhər sakinləri, 40 yaşlı Fəyaz Səlimov, 38 yaşlı Əli Məmmədov və dəstənin daha iki qadın üzvü saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir