Türkiyədə qəribə hadisə: Dənizə tullanan naməlum şəxs üzərək gözdən itdi – VİDEO

DIN

Türkiyənin İstanbul şəhərində Üsküdar sahil yolunda bir kişi paltarını soyunub, şəxsi əşyalarını bir kənara qoyub və dənizə atılıb.

Dənizə tullanan şəxs xeyli müddət üzdükdən sonra gözdən itib.

Hadisə şahidləri məsələ ilə bağlı polisə məlumat veriblər. Hadisə yerinə gələn sahil mühafizəsi və təhlükəsizlik qrupları sahil zolağı boyunca genişmiqyaslı axtarışlara başlayıb.

Lakin hələlik yoxa çıxan kişi tapılmayıb.

Mənbə: İHA

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir