Bakıda karxanada faciə: Fəhlə əzilərək öldü

Cəmiyyət

Martın 26-da paytaxtın Sabunçu rayonu, Nardaran kəndi ərazisində yerləşən qum karxanasında 1978-ci il təvəllüdlü Ədalət Hüseynov yük qaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölüb. 

Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

www.RESMIXEBER.az