Aylardır yoxa çıxan Uels şahzadəsi vəziyyəti barədə açıqlama verdi – VİDEO

DIN

Uzun müddətdir yoxa çıxan və haqqında şayiələr gəzən Keyt Middlton nəhayət açıqlama ilə ictimaiyyət qarşısına çıxıb. Uels şahzadəsi ona xərçəng diaqnozu qoyulduğunu açıqlayıb.

Bu barədə o, özünün sosial şəbəkə hesabından xəbər verib.

Middltonun sözlərinə görə, xərçəng xəstəliyi qarın əməliyyatından sonra aparılan müayinələr zamanı aşkarlanıb.

“Həkimlər mənə profilaktik olaraq kimyaterapiyadan keçməyi tövsiyə etdi. Mən hazırda bu müalicənin ilkin mərhələsindəyəm”, – deyə Keyt bildirib.

Açıqlamadan sonra Böyük Britaniya Kralı III Çarlz Uels şahzadəsinin çıxışına münasibət bildirib və gəlininin bu vəziyyətində sərgilədiyi mətanəti ilə qürur duyduğunu deyib.

Xatırladaq ki, Kensinqton sarayı yanvarın 17-də Middltonun qarın nahiyəsindən əməliyyat olunduğunu açıqlayıb. Əməliyyatın səbəbləri açıqlanmasa da, Uels şahzadəsinin tibbi məlumatların məxfi qalmasını arzuladığı qeyd edilib.

Bundan sonra Uels şahzadəsi uzun müddət ictimaiyyət arasında görünməyib, bu isə onun öldüyü barədə şayiələrə səbəb oldu.

Mənbə: Gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir