Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Pakistana getdi – SƏBƏB + FOTO/VİDEO

HƏRBİ

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti martın 23-də Pakistan İslam Respublikasında keçiriləcək hərbi paradda iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, səfər çərçivəsində Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti Pakistan İslam Respublikasının paytaxtı İslamabadın rəmzi sayılan Pakistan Abidəsi önündə konsert proqramı ilə çıxış ediblər.

Qeyd edək ki, Pakistan Günü münasibətilə keçiriləcək paradda ölkəmizlə yanaşı, müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələri də iştirak edəcək.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir