Doqquz illik həbsdən sonra bəraət alan şəxsə nə qədər təzminat veriləcək? – VİDEO

Kriminal


İki nəfərin qətlinə görə ömürlük məhkum edilərək doqquz il sonra bəraət alan Aydın Qəhrəmanovun təzminat tələbinə baxılıb.

“Qafqazinfo”nun məlumata görə, Nəsimi Rayon Məhkəməsi iddianı qismən təmin edib.

Qəhrəmanov həbsdə keçirdiyi doqquz ilin maddi və mənəvi ziyanı üçün bir milyon manat tələb edib. İddiaya cavabdeh kimi Maliyyə Nazirliyi və Baş Prokurorluq tanınıb. Hakim Əfsanə Heydərova iddiaçı və cavabdeh tərəflərin çıxışlarını dinlədikdən sonra qərarı elan edib.

Qərara əsasən, Aydın Qəhrəmanova mənəvi ziyana görə 114 min manat təzminat kəsilib. Maddi ziyanla bağlı tələb isə rədd edilib.

İddiaçı qərardan narazı qalıb.

Qeyd edək ki, Aydın Qəhrəmanov birlikdə yaşadığı qadını və onun qardaşı qızını öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilib.

Doqquz il sonra – 2022-ci ilin sonunda Bakı Apellyasiya Məhkəməsi Qəhrəmanova bəraət verib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir