Marvel “Fantastik dördlük” filminin çıxış tarixini və aktyor heyətini açıqlayıb

Mədəniyyət


“Marvel” studiyası “Fantastic Four” (Fantastik Dördlük) filminin aktyor heyətini və buraxılış tarixini açıqlayıb.

Məlumata görə, “Fantastik Dördlük” filminin çəkilişlərinin 2024-cü ilin üçüncü rübündə başlanması, 25 iyul 2025-ci ildə isə premyerası planlaşdırılır. Filmin rejissoru Mett Şekman olacaq.

Qeyd edək ki, filmdə superqəhrəman komandasının lideri “Rid Riçards”ın rolunu “Bizdən biri” serialı ilə tanınan, “Emmi” mükafatına üçqat namizəd Pedro Paskal oynayacaq. “Tac”ın ulduzu Vanessa Kirbi filmdə “Syü Ştorm” (Gözəgörünməz qadın) obrazını canlandıracaq. “Çox qəribə işlər” serialı ilə şöhrət qazanan Koko Kuinn “Conni Ştorm” (Alov kişi), “Emmi” mükafatı qalibi Ebon Moss-Bakrak isə “Ben Qrimm” (Məxluq) rolunu oynayacaqlar.

Mənbə: Gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir