Ağdaşda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

Cəmiyyət


Ağdaşda yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Yanvarın 22-də saat 22 radələrində Ağdaş şəhəri ərazisində VAZ-21011 və “Honda” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “VAZ”ın sürücüsü, 1990-cı il təvəllüdlü İlham Azər oğlu Məmmədov, onun 3 sərnişini, habelə digər nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Sürücü İ.Məmmədov aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir