Zakir Həsənov Qırğızıstan tərəfinə başsağlığı verdi

Dünya


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov cari ilin 17 yanvar tarixində, təlim-məşq uçuşları zamanı “Mİ-8” hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotova başsağlığı ünvanlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, ilkin xəbərə görə, hadisə zamanı bir nəfər həlak olub, yeddi nəfər xəsarət alıb.

www.RESMIXEBER.az