Anar Əliyev: “Məşğulluq mərkəzləri tərəfindən 118 min şəxs işlə təmin edilib” – FOTO

Cəmiyyət


“2023-cü ildə müavinət ödənişləri 24% artırılaraq ümumilikdə 500 minə yaxın şəxsi əhatə edib, 378 min nəfərə Prezident təqaüdü ödənişi edilib”. 

resmixeber.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 487 manat olub:

“Məşğulluq mərkəzləri tərəfindən 118,4 min şəxs işlə təmin edilib, 17,4 min nəfər özünüməşğulluq proqramına, 9,5 min nəfər peşə hazırlığına, 282 min şəxs peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib. Əmək müqavilələrinin sayı 1,8 milyona çatıb, əməkhaqqı fondunda 15 faiz artım olub”.

Daha çox şəkil burada: PhotoStock.az

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir