Bakıda güclü partlayış olub, yanğın başlayıb, əraziyə polislər də cəlb olunublar – YENİLƏNİR + VİDEO

Cəmiyyət


Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb ediliblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri aparılır. 

Qurumun yaydığı videoda xəsarət alan bir nəfərin ərazidən kənarlaşdırıldığı görünür.

12:12

Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mebel sexində yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ilkin məlumata görə, sexdə partlayış olub. FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunublar.

Əlavə məlumat veriləcək.

 

 

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir