Yol polisi qeyri-sabit ​hava şəraiti ilə əlaqədar moped sürücülərinə xəbərdarlıq edib

Cəmiyyət


Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) qeyri-sabit hava şəraiti ilə əlaqədar moped sürücülərinə xəbərdarlıq edib.

İdarənin verdiyi məlumata əsasən, hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağmurlu hava ikitəkərli, o cümlədən moped, motosiklet, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin  idarə edilməsində ciddi çətinliklər yaradır:

“Fiziki meteoroloji amillərin, xüsusilə küləyin təsiri nəticəsində müvazinətin itirilməsi, eləcə də yol örtüyünün yaş olması ikitəkərli nəqliyyat vasitələrinin aşma və sürüşmə ehtimalını dəfələrlə artırır ki, bu da sürücü və digər hərəkət iştirakçıları üçün real təhlükədir.

Daxili İşlər Nazirliyinin BDYPİ ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə, eləcə də sifarişli çatdırılma xidməti göstərən fiziki və hüquq şəxslərə müraciət edərək əlverişsiz hava şəraitində bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi, təhlükəsizlik qaydalarına ciddi yanaşmağı xahiş edir”, – deyə məlumatda bildirilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir