İmişlidə qanunsuz olaraq ağac kəsən şəxs məsuliyyətə cəlb olunub

Cəmiyyət


İmişlidə qanunsuz olaraq ağac kəsən şəxs məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən xəbərə görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində qanunsuz olaraq ağac kəsərək yük avtomobili ilə daşıyan şəxs saxlanılıb.

Araşdırmalarla onun Saatlı rayon sakini R.Rəcəbov olduğu müəyyən edilib.

Sonuncunun idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı qanunsuz olaraq kəsilmiş ağaclar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Təbiətə ziyan vuran R.Rəcəbov barəsində İnzibati Xətalar Məcəlləsinin 252-ci maddəsinə əsasən protokol tərtib olunub və o, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir