Cənubi Koreyada tələbələr prezidentin ofisinə girmək istəyiblər

Dünya


Cənubi Koreya polisi 20 tələbə fəalı Seuldakı prezident administrasiyası kompleksinə icazəsiz girməyə cəhd etdikləri üçün saxlayıb.

Məlumata görə, saxlanılanlar “Koreya Universitetlərinin Proqressiv İttifaqı”nın üzvləri olublar. Onlar Yonsan ərazisindəki kompleksə darvaza və hasardan daxil olmağa cəhd ediblər. Bundan əvvəl onlar qiymətli kağızlarla manipulyasiyada şübhəli bilinən birinci xanıma qarşı xüsusi araşdırmanın təşkili tələbi ilə etiraz aksiyası keçirib və administrasiyadan məsul şəxslərlə görüş tələb ediblər.

Qeyd edək ki, əksərən müxalifətin nəzarət etdiyi Cənubi Koreya parlamenti daha əvvəl prezidentin həyat yoldaşı ilə bağlı araşdırma aparmaq üçün qanun layihəsini qəbul etsə də, dövlət başçısı buna veto qoyub.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir