Arda Gülerin debütü “Real”a düşərli oldu – VİDEO

Dünya


“Real Madrid” İspaniya Kubokunun 1/16 final mərhələsi çərçivəsində səfərdə dördüncü divizion təmsilçisi “Arandino” ilə qarşılaşıb.

“El Montesilyo” stadionunda baş tutan matç Kral klubunun qələbəsilə yekunlaşıb – 1:3. 

Matçda hesabı Madrid təmsilçisi açıb. Xoselu 54-cü dəqiqədə penaltidən fərqlənib. Brahim Dias 55-ci dəqiqədə hesabı 2:0-a çatdırıb. Rodriqu əlavə olunmuş vaxtda üçüncü qolu vurub. Naço öz qapısından topu keçirəcək ev sahiblərini sevindirib. 

Qeyd edək ki, Türkiyə millisinin üzvü Arda Güler “Real Madrid”in heyətində debüt edib. Start heyətində matça çıxan A.Güler 59-cu dəqiqədə əvəzlənib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir