Pentaqon rəhbəri reanimasiyada yatdığı müddətdə vəzifələrini qadın məmura etibar edib

Dünya


ABŞ müdafiə naziri Lloyd Ostin yanvarın birində xəstəxanaya yerləşdirilib və dörd gün reanimasiya şöbəsində yatıb.

Bu barədə adı açıqlanmayan iki məmur məlumat verib.

Qeyd olunub ki, Yaxın Şərqdəki gərginlik fonunda Pentaqonun rəhbəri vəzifələrini onun müavini, ABŞ tarixində Senat tərəfindən 2021-ci ildə bu vəzifəyə təsdiqlənən ilk qadın olan Ketlin Hiksə ötürməli olub.

Daha əvvəl isə Pentaqonun mətbuat katibi Patrik Rayder Lloyd Ostinin artıq tam olaraq öz vəzifəsinə qayıtdığını bildirib. Lakin o, 70 yaşlı nazirin diaqnozunu açıqlamayıb.

Mənbə: NBC

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir