Masallıda zəncirvari qəza baş verib, xəsarət alanlar var – FOTO

Cəmiyyət


Masallıda baş verən zəncirvari qəzada dörd nəfər xəsarət alıb.

resmixeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, zəncirvari yol-nəqliyyat hadisəsi Masallı rayonunun Boradigah qəsəbəsi ərazisində qeydə alınıb.

Masallı rayon Türkoba kənd sakini, 1976-cı il təvəllüdlü Şahhüseyn Adil oğlu Nurullayevin idarə etdiyi “Hyundai”, Masallı rayonunun Türkoba kənd sakini, 1990-cı il təvəllüdlü Ramal Məzahir oğlu Sadıqovun idarə etdiyi “Mercedes” və 1960-cı il təvəllüdlü Həsən Qələm oğlu Nəzərovun idarə etdiyi VAZ-2106 markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində “Hyundai” və “Mercedes” markalı nəqliyyat vasitələrinin sürücüləri və avtomobillərdə sərnişin qismində olanlar – Masallı rayonunun Türkoba kənd sakini, 1973-cü il təvəllüdlü Bəhruz Adil oğlu Nurullayev və Masallı rayonunun Tüklə kənd sakini, 1969-cu il təvəllüdlü Nəsib Süleyman oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onların müalicələri xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir