Goranboyda minik maşını aşıb, xəsarət alanlar var

Cəmiyyət


Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.

“Mercedes” markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı rayon sakinləri – 2005-ci il təvəllüdlü Əbdürrəhman Nəsibov, 2004-cü il təvəllüdlü Allahverdi Nəsibov və 2006-cı il təvəllüdlü İbrahim Yolçuyev – müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir