Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verdi: Ölən var – FOTO

Cəmiyyət


Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az-nın xəbərinə görə, hadisə Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

VAZ-2106 markalı minik maşını yolu keçən piyada, Qazyan kənd sakini Cəbrayil Mürsəl oğlu Mürsəlovu vurub. Ağır xəsarət alan C.Mürsəlov hadisə yerində ölüb.

Fakt araşdırılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir