Bakıda “WhatsApp”la qadınları fahişəliyə cəlb edən şəxsə hökm oxundu

Cəmiyyət


Bakıda “WhatsApp”la qadınları fahişəliyə cəlb edən qadına hökm oxunub. 

“Qaynarinfo”nun məlumatına görə, 1988-ci ildə Bakı şəhərində anadan olan Vüsalə Sabirova (soyad şərti) 2019-cu ilin iyul ayının sonlarından 10 fevral 2023-cü il tarixədək olan müddət ərzində “WhatsApp” vasitəsi ilə əlaqə saxlayaraq, müxtəlif qadınları otellərə göndərib, tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürüb. 

Vüsalə hər dəfə 50 və 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə müvafiq olaraq 220 və 320 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək, müxtəlif qadınları tamah niyyəti ilə fahişəliyə cəlb edib.

Müştərilər ondan cinsi əlaqədə olmaq üçün qadın istədikdə Vüsalə fahişəliyə cəlb etdiyi şəxslərin fotoşəkillərini “WhatsApp”la onlara göndərib. Özünün dediyinə görə, həmin şəkillər vasitəsi ilə “ok” edildikdən sonra qadınları müştərinin dediyi ünvana göndərirmiş. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 4000 manat miqdarında cərimə cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb. 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir