Türkiyənin yeni zərbə PUA-sı ilk uçuşunu həyata keçirdi – VİDEO

Dünya


Türkiyənin yeni pilotsuz uçuş aparatı (PUA) “Anka-3” ilk uçuşunu uğurla həyata keçirib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” səhifəsində bildirib.

“Ümid edirəm ki, təyyarəmiz qabaqcıl texnologiyası, dizaynı və performansı ilə müdafiə qabiliyyətimizi gücləndirəcək”, – Türkiyə lideri qeyd edib.

Qeyd edək ki, hücum-zərbə PUA-sı olan “Anka-3” məxfi texnologiyalardan istifadə etməklə “uçan qanad” dizaynına uyğun olaraq yaradılıb ki, bu da onu radarlar üçün görünməz edir. Dron turbojet mühərriki ilə təchiz edilib.

Onun maksimal uçuş hündürlüyü 12 kilometr, havada qalma müddəti 10 saat, faydalı yükü 1 200 kiloqram, maksimal sürəti 800 kilometr/saatdan yuxarıdır.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir