Məşhur Gəncə səbətlərinin hazırlanması və qiymətləri – VİDEO

Cəmiyyət


İnsanların bayramlarda, əlamətdar günlərdə yaxınlarına, doğmalarına göndərdikləri sovqatlar arasında Gəncə səbəti həmişə özünəməxsus yer tutub.

Kifayət qədər vəsait və zəhmət hesabına başa gələn bu sovqatın hazırlanmasının ilk mərhələsi qablaşdırma üçün tələb olunan səbətin toxunmasıdır.

Gəncədə bu işlə uzun illərdir ki, qocaman usta Vilayət Qurbanov məşğul olur. Onun sözlərinə görə, artıq 50 ildən çoxdur səbət toxuyur.

“Bayramlarda bu səbətlərdə sovqat göndərilir. İmkanlı adam öz imkansız qohumlarına bazarlıq edib yollayır ki, qoy onun da ürəyi açılsın. Bu səbət yalnız Gəncədə toxunur. Əlinə götürüb çıxanda deyirlər ki, bu adam gəncəlidir”, – V.Qurbanov söyləyib.

Satıcılar deyirlər ki, Gəncə səbətində olan ərzaqlar ailənin bir ay dolanması üçün kifayət edir:

“Qiyməti 300-dən 1000 manata qədərdir. Bayramlarda hədiyyə göndərmək üçün alanlar da, öz evi üçün sifariş edənlər də olur”.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir