Bakı Hərbi Məhkəməsi “Tərtər işi” ilə bağlı daxili işlər nazirinə müraciət edib

Cəmiyyət


Bu gün Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

resmixeber.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərin məhkəmədə iştirak etmədikləri bildirilib.

Bu səbəbdən prosesin növbəti dəfə təxirə salınmasına qərar verilib.

Qeyd olunub ki, zərərçəkmişlər əvvəlki iclaslarda da iştirak etmədikləri üçün Bakı Hərbi Məhkəməsi sentyabrın 6-da onların məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarıb. Lakin qərar icra olunmadığından Bakı Hərbi Məhkəməsi məhkəmə iclaslarının lüzumsuz şəkildə uzadılmasının qarşısını almaq məqsədilə daxili işlər naziri Vilayət Eyvazova məhkəmə qərarlarının icrasının nəzarətə götürülməsi barədə müraciət ünvanlayıb.

Müraciətdə qeyd olunub ki, məhkəmənin qərarına əsasən, Ağdam, Gəncə, Bərdə, Goranboy, Yevlax, Astara, Mingəçevir, Bakı şəhərinin Qaradağ və Nəsimi rayonları, Sabirabad, Şəki, Qəbələ rayonları üzrə polis şöbə və idarələri zərərçəkmişlərin məhkəməyə məcburi gətirilməsini təmin etməlidirlər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir