Türkiyə kəşfiyyatı silahlı hücum həyata keçirməyə hazırlaşan PKK liderini zərərsizləşdirdi – FOTO

Dünya


Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Süleymaniyə bölgəsində PKK/KCK terror təşkilatının liderlərindən olan Mehmet Şefa Akmanı zərərsizləşdirib.

Terrorçu addım-addım təqib edilib və onun silahlı hücuma hazırlaşdığı məlum olub.

PKK/KCK-nın Süleymaniyə şimal bölgəsi üzrə məsul üzvü, “Bahoz Zagros” kod adlı Mehmet Şefa Akman silahlı hücuma hazırlaşdığı ərəfədə MİT tərəfindən həyata keçirilən əməliyyatla məhv edilib.

Akman terror təşkilatına yeni üzvlər cəlb edilməsi və silahlı-ideoloji təlim fəaliyyətləri ilə məşğul olub.

2005-ci ildə təşkilat sıralarına qatılan terrorçu 18 il Şimali İraqda fəaliyyət göstərib.

Mənbə: TRT Haber

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir