Sumqayıtda yaşlı qadını avtomobil vuraraq öldürüb

Cəmiyyət


Sumqayıtda 66 yaşlı piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“resmixeber.az” xəbər verir ki, hadisə “Saray körpüsü” adlanan ərazidə qeydə alınıb.

Yolu keçmək istəyən piyada 1957-ci il təvəllüdlü Alidə Allahverdi qızı Dəmirovanı maşın vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir