“Hizbullah” əsgərləri İsrail ərazisinə 20-dən çox raket atıb

Dünya


İsrail ordusunun Livanla sərhəd bölgələrdəki mövqeləri “Hizbullah” partiyasının silahlı qanadının bölmələri tərəfindən atəşə tutulub.

Qeyd olunub ki, döyüşçülər İsrail ərazisinə doğru 20-dən çox raket atıblar, onlar Yuxarı Qalileydəki Zarit və Ştula yaşayış məntəqələri arasında İsrail postları ərazisinə düşüb.

Zərbələrin nəticələri və itkilər barədə məlumat verilmir.

Buna cavab olaraq İsrail artilleriyası Livanın cənubundakı raket buraxılış məntəqələrinə zərbələr endirib.

Verilən məlumata görə, İsrail təyyarələri “Hizbullah” bazasının yerləşdiyi Əl-Ləbbun yüksəkliklərində bir neçə reyd həyata keçirib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir