Şirvanda yol-nəqliyyat hadisəsində altı nəfər xəsarət alıb

Cəmiyyət


Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsində altı nəfər xəsarət alıb.

“resmixeber.az”un Aran bürosunun məlumatına görə, avtomobillərin toqquşması nəticəsində Şirvan şəhər sakinləri, 2001-ci il təvəllüdlü Rəşad Müseyib oğlu Fərəcov, 1994-cü il təvəllüdlü Cavanşir Çingiz oğlu Fərzəliyev, 1995-ci il təvəllüdlü Orxan Namiq oğlu Allahverdiyev, 1997-ci il təvəllüdlü Elnur Nazim oğlu Hüseynov, 1989-cu il təvəllüdlü Elşən Vidadi oğlu Allahyarov və Hacıqabul sakini, 1997-ci il təvəllüdlü Fərid Bəhram oğlu Əliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir