ADY: Hava şəraiti ilə əlaqədar qatarların sürət həddi bərpa olunub

Cəmiyyət


“Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qeyri-sabit hava şəraitində şəhərətrafı və regionlar üzrə fəaliyyət göstərən sərnişin və yük qatarlarının aşağı endirilmiş sürət həddi bərpa olunub”.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC xəbər yayıb.

“Sərnişinlərimizdən bir daha qış mövsümündə platformalarda hərəkət zamanı ehtiyatlı davranmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur”, – deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, dünən Bakı və regionlarda müşahidə olunan güclü külək və yağıntılı hava şəraiti ilə əlaqədar Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddi endirilib. Bu, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi daşıyıb.

Əlavə etmək lazımdır ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar yük qatarlarının da sürət həddi endirilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir