Məşhur nəşrdən iddia: “İsrail və HƏMAS yeni atəşkəs razılaşmasına hazırdır”

Dünya


“İsrail və HƏMAS atəşkəsi yeniləməyə və girovları azad etməyə hazırdır, baxmayaraq ki, bunun necə həyata keçiriləcəyi ilə bağlı fikir ayrılıqları qalır”.

Bu barədə Misirin təhlükəsizlik xidmətindən iki mənbə məlumat verib.

Mənbələrin məlumatına görə, əvvəllər birhəftəlik atəşkəs və girovların azad edilməsi barədə danışıqlar aparan Misir və Qətər hər hansı danışıqlara başlamazdan əvvəl yardımın sürətləndirilməsi və “Kerem-Şalom” keçidinin açılmasında israr ediblər.

İsrail rəsmisi bildirib ki, Misir mənbələri humanitar yardımın gecikdirildiyini bəyan etdikdən sonra yardımın Qəzzaya daxil olmasına icazə verilib.

Mənbə İsrailin kəşfiyyat rəhbərinin Qətərin baş naziri ilə danışdığını dedikdən sonra sülhün əldə ediləcəyi ilə bağlı ümidlər artıb.

HƏMAS birtərəfli qaydada azad ediləcək girovların siyahısının tərtib edilməsində israr edir və İsrail qüvvələrinin əvvəlcədən müəyyən edilmiş xətlərdən kənara çəkilməsini tələb edir.

İsrail HƏMAS-ın siyahı fikri ilə razılaşsa da, atəşkəsin vaxtını və nə qədər davam edəcəyini təyin etməzdən əvvəl vaxt müddətlərinin göstərilməsini və siyahının nəzərdən keçirilməsini tələb edib. Mənbələr, həmçinin əlavə ediblər ki, İsrail ərazidən çıxmaqdan imtina edir.

HƏMAS iddia edir ki, atəşkəsə tam şəkildə nail olunması girovların azad edilməsi üçün əsas şərtdir.

“Bunu aydınlaşdırmaq mənim üçün vacibdir ki, İsrail Müdafiə Qüvvələri HƏMAS-ın darmadağın edilməsi tapşırığını başa çatdırmaqda qərarlıdır”, – deyə İsrail ordusunun nümayəndəsi, kontr-admiral Daniel Haqari mətbuat konfransında bildirib.

Mənbə: “Reuters”

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir