MİDA-nın aparat rəhbəri: “Güzəştli mənzil əldə etmək üçün altı mindən çox vətəndaş müraciət edib”

Cəmiyyət


Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri üzrə güzəştli mənzillərin seçimi üçün müraciət edən vətəndaşların sayı altı mindən çox olub.

resmixeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MİDA-nın aparat rəhbəri Fərman Qurbanlı deyib.

O bildirib ki, bu gün ümumilikdə 432 mənzilin seçimi baş tutub. Son göstəricilərə əsasən, 387 mənzilin seçim ərizəsi təqdim edilib. Seçim edən digər vətəndaşlar isə ərizələrini növbəti günün sonuna kimi təqdim etməlidirlər.

Fərman Qurbanlı əlavə edib ki, seçim prosesi zamanı əyani olaraq hər hansı bir müdaxilə müşahidə edilməyib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir