Türkiyəli referini döyən Faruk Koca və üç şübhəli barəsində ittiham aktı hazırlandı – FOTO

Dünya


Türkiyəli futbol hakimi Halil Umut Meleri döyən “Ankaragücü” futbol klubunun prezidenti Faruk Koca və digər üç şübhəli barəsində ittiham aktı hazırlanıb.

Ankara Qərb Respublika Prokurorluğu Halil Umut Melerə qarşı hücumla bağlı istintaq araşdırmasını başa vurub. Prokurorluq “Ankaragücü” – “Çaykur Rizəspor” matçından sonra baş verənlərlə bağlı aralarında Faruk Koca da daxil olmaqla üç şübhəli haqqında ittiham aktı tərtib edib.

İttiham aktında “Ankaragücü”nün prezidenti Faruk Koca və digər şübhəlilərin “Şəxsin yerinə yetirdiyi ictimai vəzifə səbəbi ilə idman sahəsində sümüklərinin sınmasına gətirib çıxaran qəsdən xəsarət yetirmə” və “təhdid və qadağan olunmuş ərazilərə girmə” maddələri üzrə cəzalandırılması tələb edilib.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir