Hindistanda güclü qar yağması səbəbindən 800-dən çox turist təxliyə edilib – VİDEO

Dünya


Hindistan hərbçiləri Himalay dağlarının şimal-şərqindəki Sikkim əyalətində güclü qar yağması nəticəsində çətin vəziyyətdə qalan 800-dən çox turisti təxliyə edərək xilasetmə əməliyyatı keçiriblər.

Bu barədə Hindistanın ordu komandanlığı məlumat yayıb.

“Hərbçilər dərhal reaksiya verib, çətin hava şəraiti ilə üzləşən turistlərə yardım ediblər”, – deyə məlumatda bildirilib.

Hərbçilər zərərçəkmişlərə öz kazarmalarını verib, onları yemək və tibbi yardımla təmin ediblər.

Qeyd edək ki, Sikkim Himalay dağlarının ətəklərində yerləşən məşhur turizm məkanıdır. Burada bir neçə monastır, buddistlər və hinduistlər üçün müqəddəs olan göllər və qorunan milli parklar var.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir