Xalq artistinin bacısı: “Çox sarsıldıq, anidən oldu”

Mədəniyyət


“Çox sarsıldıq, anidən oldu”. 

resmixeber.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Məliklə vida mərasimi zamanı bacısı Fəridə Məlikova deyib. 

O, qardaşı ilə bağlı xatirələrini bölüşüb: 

“Çox yaxşı insan idi. Hər zaman dərdləşirdik. Xəstəliyi imkan vermədi. Bir il olacaqdı ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Avqust ayında 80 illik yubileyini qeyd etdik, yaxşı ki, etdik. Müalicələr alırdı. Gah yaxşı, gah da pis olurdu. Son vaxtlar özünü pis hiss etdiyini deyirdi. Çox sarsıldıq. Anidən oldu. Bu gün səhər tezdən vəfat etdi”.

F.Məlikova vida mərasiminin Akademik Milli Dram Teatrında keçirilməməsinə münasibət bildirib:

“Son mənzilə niyə buradan yola salınması ilə bağlı suala cavab verə bilmərəm. Yəqin ki, belə uyğun görüldü”. 

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir