Yeni Ramana qəsəbəsində axşam səkkizdən sonra avtobus niyə işləmir? – VİDEO

Cəmiyyət


Yeni Ramana qəsəbəsində avtobus problemi yaşanır.

Sakinlər bildirib ki, sözügedən əraziyə yalnız 214 nömrəli avtobus işləyir. Həmin avtobus isə axşam səkkizə kimi fəaliyyət göstərir:

“Axşam səkkizdən sonra məcbur qalıb evə taksi ilə gedirik. Uşaqlar yağışlı havada çox çətinliklə gedib-gəlirlər. Marşrutun hərəkət xətləri uzadılmalıdır, həmçinin qəsəbə yeni avtobuslarla təmin olunmalıdır”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, aparılan araşdırma nəticəsində marşrutun təyin olunmuş iş saatından tez dayandırılması halları müəyyən edilib:

“Bununla bağlı daşıyıcıya xəbərdarlıq olunub. Marşrut üzrə avtobus sayının sərnişin tələbatına uyğun istismar olunmayacağı və xəttin nizamlı təmin edilməyəcəyi təqdirdə marşrutun müsabiqəyə çıxarılması nəzərdə tutulub”. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir