Məşhur italiyalı futbolçu karyerasını başa vurur

Dünya


İtaliya millisinin müdafiəçisi olmuş Corco Kyellini peşəkar karyerasını başa vurmaq qərarına gəlib.

Son iki mövsümü ABŞ-nin “Los-Anceles” klubunda keçirən 39 yaşlı futbolçu təqaüdə çıxmağa hazırlaşdığını açıqlayıb.

O, tezliklə qərarı ilə bağlı rəsmi açıqlama verəcəyini deyib.

Qeyd edək ki, C.Kyellini “Yuventus”la doqquz dəfə İtaliya çempionluğunu bayram edib. O, 2020-ci ilin Avropa çempionudur. C.Kyellini millinin heyətində 117 oyun keçirib və səkkiz qola imza atıb.

Mənbə: Football Italia

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir