UNFCCC: “COP29-da baş katibliyimiz Azərbaycan hökuməti və xalqı ilə işləməyi səbirsizliklə gözləyir”

Cəmiyyət


“Biz Azərbaycanın COP29-a ev sahibliyi etməsi qərarına şadıq. COP29-un uğurla baş tutması üçün bizim baş katibliyimiz Azərbaycan hökuməti və xalqı ilə işləməyi səbirsizliklə gözləyir”.

resmixeber.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Əməliyyatların Koordinasiyası üzrə baş direktoru Çhaya Kapilaşrami bildirib.

Onun sözlərinə görə, bu gün 190-dan çox ölkə iqlim dəyişikliyi ilə bağlı müzakirələr aparıb, ortaq nəticələrə gəlməyə çalışır və gələn il bu müzakirələrin Bakıda keçiriləcəyini gözləyirlər:

“BMT Baş katibliyi ölkələrə yaşıl enerjiyə keçidlə bağlı davamlı şəkildə dəstək və tövsiyələrini verir. Biz ümid edirik ki, yaşıl keçid və eyni zamanda, bu keçidin maliyyələşdirilməsi ilə bağlı müzakirələrimiz davam edəcək. Bu məsələnin COP29-da əsas mövzulardan biri olacağına ümid edirik.

COP28-in ilk günündə iqlim dəyişikliyinin mənfi nəticələrinə məruz qalan ölkələrə maliyyə dəstəyi verilməsi ilə bağlı fondun yaradılması sahəsində həmrəyliyin nümayişini gördük. Konfransın gündəliyi də ilk gündə təsdiqləndi və son iki həftə ərzində iqlim dəyişikliyinin nəticələrinə adaptasiya ilə bağlı müzakirələr davam edir. Biz ümid edirik ki, COP29-da bu danışıqlarda yekun sənədin qəbul olunmasında fikir ayrılığı var. Təsəvvür edin ki, 198 ölkə var, hər birinin fərqli fikri var, biz konsensus yolu ilə həll etməyə, ortaq qərara çatmağa çalışırıq. Hesab edirəm ki, konsensus əldə olunacaq, çünki bunun üçün siyasi iradə var, bütün tərəflər bu prosesə sadiqdir və bizim katibliyimiz effektiv şəkildə işləyir.

Ümid edirəm ki, yaradılan fonda maliyyə dəstəyi növbəti sammitdə – COP29-da davam edəcək”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir