Kürdəmirdə ağır qəza: Bir ailənin üç üzvü xəsarət alıb – FOTO

Cəmiyyət


Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“resmixeber.az”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin sürücüsü Cabir Əli oğlu Həsənov həmin yolda dönmə əməliyyatı edərkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol dairəsinə, sonra yol kənarındakı beton lövhəyə çırpılıb.

Hadisə zamanı avtomobildə olan bir ailənin üzvləri – 55 yaşlı Raisə Sədi qızı Həsənova, 31 yaşlı Hafiz Əli oğlu Həsənov və sürücü – 32 yaşlı Cabir Əli oğlu Həsənov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir