Sorğu: Məsul vəzifələrdə çalışan fransızların 87%-i rüşvətxordur

Dünya


Demək olar ki, hər 10 Fransa sakinindən 9-u hesab edir ki, məsul vəzifələrdə olan insanlar korrupsionerdirlər.

Yerli “Franceinfo” telekanalı “Harris Interactive” şirkətinin Ümumdünya Korrupsiyaya Qarşı Mübarizə Günü münasibətilə apardığı sosioloji araşdırmanın nəticələrinə istinadən bu qənaətə gəlib.

Materialda deyilir ki, fransızların 87%-i məsul vəzifələrdə olan insanların “korrupsioner” olduğuna inanır.

Sorğunun nəticələrinə görə, respondentlərin dörddə üçü hesab edir ki, Fransa məhkəmə sistemi korrupsiya ilə bağlı araşdırmaların aparılması üçün daha çox resurs əldə etməlidir. Fransızların 70%-i hesab edir ki, əgər nazirin korrupsiyada adı hallanırsa, o, istefa verməlidir.

Respondentlərin təxminən 25%-i korrupsiya əməlinin bilavasitə şahidi olduqlarını, 39%-i korrupsiya faktları barədə şayiələrdən xəbərdar olduqlarını bildiriblər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir