Ölümcül xəstəliklə mübarizə aparan şəxs: “Xalqımızdan xahiş edirəm mənə kömək olsunlar” – FOTO

Cəmiyyət


62 yaşlı Tağıyev Kamil ağır xəstəlikdən əziyyət çəkir.

Bu barədə resmixeber.az-a o özü məlumat verib.

O qeyd edib ki, artıq bir ilə yaxındır bağırsaq xərçəngi ilə mübarizə aparır:

“Bu ilin yanvar ayında ağır xəstəliyə düçar olduğumu öyrəndim. Hazırda düz bağırsağın yayılmış karsinoması – parçalanma mərhələsindəyəm. Fevralın 4-də əməliyyat edilərək kolostoma qoyuldu.

Bundan əlavə şəkər xəstəsiyəm. Hazırda ağciyərimdə yaranmış problemlərlə əlaqədar müalicə alıram. Aylıq müalicə xərclərim isə 1500 manata yaxındır. Müalicəmdə kimyaterapiya zamanı müsbət dinamika ortaya çıxıb və sağalmağıma ümid yaranıb. Hazırda məqsəd şişin uyğun ölçüyə qədər kiçilməsi və sonra əməliyyatla götürülməsidir. Lakin mənim bu pulu qarşılamağa imkanım çatmır. İki övladım var. Heç onların xeyir işini belə görməmişəm. Onların toyunu görmədən bu dünyadan köçmək istəmirəm. Övladlarım çox çalışır ki, mənim müalicəmi qarşılaya bilsinlər. Lakin bu o qədər xərc tələb edən xəstəlikdir ki, dağ olsa, dayanmaz. Oğlum və qızım müalicəm üçün pul axtarır deyə onların yanında utanıram. Xalqımızdan, imkanlı şəxslərdən mənə əl tutmalarını, dəstək olmalarını xahiş edirəm. Mənə 1 ayın müalicəsi üçün 1500 manat pul lazımdır. Bu pulun 800 manatı yardımsevər insanların dəstəyi ilə toplanıb. 700 manat əskik qalıb”.

Əlaqə nömrəsi: (055) 816-16-27.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir