Olaf Şolts antireytinq rekordunu yeniləyib

Dünya


Almaniyanın kansleri Olaf Şolts antireytinq rekordunu yeniləyib.

“ARD Germany”nin son sorğusu göstərib ki, Almaniya vətəndaşlarının yalnız 20%-i onun işindən razıdır.

Bu, kanslerin 1997-ci ildən bəri ən aşağı reytinqidir.

ARD-ın sorğusuna görə, son bir ayda Şolts populyarlığını cəmi 8% itirib. Onun SPD partiyası da həmçinin öz populyarlığını itirir. Araşdırmaya görə, növbəti seçkilərdə o, təxminən 14% səs alacaq. Sorğular göstərir ki, sosial-semokratlar hətta 15% təşkil edən “Yaşıllar”dan da geri qalır.

Ən çox CDU və CSU İttifaqının – 32% səs alacağı gözlənilir. Sol və FDP böyük ehtimalla Bundestaqa daxil olmayacaq, “Almaniya üçün Alternativ” partiyası isə 21% nəticə ilə ikinci partiya olacaq.

Mənbə: BILD

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir