Husilər İsrailin hərbi hədəflərinə raket zərbəsi endirdiklərini açıqlayıblar

Dünya


Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançıları İsrailin cənubunda yerləşən Eylat şəhərində bir sıra hərbi hədəflərə ballistik raketlər atıblar.

Bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya məlumat verib.

“Yəmənin Raket Qüvvələri Fələstinin cənubundakı Eylat bölgəsindəki İsrail hərbi obyektlərinə ballistik raketlər atıb”, – deyə Sariya bildirib.

Husilər qeyd ediblər ki, yəhudi dövləti Qəzza zolağında təcavüzünü dayandırana qədər İsrailə qarşı əməliyyatları davam etdirəcək, həmçinin İsrail gəmilərinin Qırmızı və Ərəb dənizlərində hərəkətinə mane olacaqlar.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir