Bahar Muradova: “10 normativ hüquqi akta ümumilikdə 48 dəyişiklik təklif olunub”

Cəmiyyət


“Normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün qüvvədə olan hüquqi bazanın təhlili aparılıb, aidiyyəti dövlət orqanları və qurumları ilə razılaşdırılaraq təkliflər paketi hazırlanıb”. 

resmixeber.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar, Cinayət, Cinayət-Prosessual, Mülki məcəllələri, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlar da daxil olmaqla 10 normativ hüquqi akta ümumilikdə 48 dəyişiklik təklif olunub.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir