Dayısının bir milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olundu, bəraət aldı

Kriminal


Dayısını aldadıb bir milyondan çox pulunu ələ keçirməkdə təqsirli bilinərək 6 il 6 ay müddətə azadlıqdan məhrum edilmiş Orxan Məhərrəmovun şikayəti təmin edilib.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi cinayət işini hərtərəfli araşdırdıqdan sonra müttəhimin günahsız olduğu qənaətinə gəlib.

Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər heyətinin qərarı ilə O.Məhərrəmova bəraət verilib. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qeyd edək ki, Orxan Məhərrəmov dayısı Amil Əliyevin 1 milyon 400 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda törədildikdə) maddəsi ilə  təqsirli bilinərək 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir