Firudin Əliyev: “Həm Qızılağac, həm Abşeron, həm də Şirvan Milli Parkında flaminqolar var”

Cəmiyyət


“Bu gün bir milyondan çox balıq körpəsi Qızılağac Milli Parkından Xəzər dənizinə buraxılıb”.

resmixeber.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev bu gün keçirilən Flaminqo festivalında jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, festivalı 300-dən çox insan ziyarət edib:

“Tədbir çərçivəsində bu gün bir milyona yaxın balıq körpəsi Qızılağac Milli Parkından Xəzər dənizinə buraxılıb. Həmçinin Kiçik Qızılağac Balıqartırma Təsərrüfatından isə ümumilikdə 4 milyondan çox çəkikimi balıq körpəsi təbiətə buraxılıb”.

Xidmət rəisi onu da qeyd edib ki, hazırda Azərbaycanda müşahidə olunan flaminqolar yaz aylarında – balalama müddəti başa çatanda yenidən sayılacaq:

“Həm Qızılağac, həm Abşeron, həm də Şirvan Milli Parkında flaminqolar var. Hazırda dəqiq say yoxdur, çünki sayılma prosesi yaz aylarında olur. Lakin Qızılağacda sonuncu dəfə 100-ə yaxın flaminqo müşahidə olunub”.

Aysel Aslan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir