Qvadelupa siyasi hərəkatının nümayəndəsi: “Fransa xalqımıza xeyli maddi ziyan vurub”

Dünya


“Fransa Qvadelupaya xeyli maddi ziyan vurub”.

“resmixeber.az” xəbər verir ki, bunu “Qvadelupa Milli Alyansı” siyasi hərəkatının nümayəndəsi Lorans Makiaba noyabrın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, qvadelupalıların maddi vəziyyəti yaxşılaşdırılmalıdır:

“Yerli sakinlərin sosial hüquqları da təmin edilməlidir. Səhiyyə məsələlərində qadınlar kişilərlə bərabər hüquqlara malik olmalıdırlar”.

L.Makiaba həmçinin ölkənin iqtisadi inkişafının təmin edilməsinin vacibliyini vurğulayıb:

“Biz qadınlar və kişilər üçün bərabər əməkhaqqı tələb edirik. Bundan əlavə, insanlar mümkün istehsalat xəsarətlərindən qorunmalıdır”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir