Ağcabədidə yol-nəqliyyat hadisəsi olub, əmioğullarından birinin boynu sınıb

Cəmiyyət


Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“resmixeber.az” xəbər verir ki, nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində 1996-ci il təvəllüdlü Tural Elşad oğlu Ələsgərov və onun əmisi oğlu Rəzail Mansur oğlu Ələsgərov xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinədən sonra Tural Ələsgərova boynun sınığı, Rəzail Ələsgərova isə kəllə-beyin travması diaqnozu qoyulub.

Yaralıların vəziyyəti nəzərə alınaraq rayon xəstəxanasından Bakıda yerləşən tibb müəssisələrinin birinə gətiriliblər. Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir