Moskvadan Paşinyanın iddialarına cavab: “Bakıdan sülh sazişinə hazırlığın vacibliyi barədə eşitmişik”

Dünya


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi Bakının guya “Qərbi Azərbaycan konsepsiyasını həyata keçirməsi” ilə bağlı bəyanatını şərh etmək istəməyib.

O, Azərbaycan tərəfinin dövlət səviyyəsində belə bəyanatlarının şahidi olmadığını deyib.

“Biz ölkə rəhbərliyindən, Azərbaycan rəhbərliyindən fərqli bəyanatlar – bir mərhələnin başa çatması və sülh müqaviləsi bağlamağa hazır olmaq zərurəti haqqında eşitmişik. Bu səbəbdən Paşinyanın bəyanatının bu hissəsi ilə bağlı konkret heç nə deyə bilmərəm”, – deyə Peskov bildirib.

Qeyd edək ki, Nikol Paşinyan bəyan edib ki, guya Azərbaycanın addımları Ermənistana qarşı yeni döyüşlərə hazırlaşdığını göstərir. Onun sözlərinə görə, Azərbaycanda guya rəsmi səviyyədə Ermənistan Respublikasını Qərbi Azərbaycan adlandırmağa başlayıblar.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir