Azərbaycanda məşhur klinikada YENİ TƏYİNAT

Cəmiyyət


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni Klinika” tibb müəssisəsinin direktor müavini vəzifəsinə yeni təyinat olub.

resmixeber.az xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən, Gülnar Nuriyeva tibb müəssisəsinin direktor müavini və Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.

Gülnar Nuriyeva 2001-2007-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. 2007-2008-ci ildə Onkoloji Klinikada internatura keçən Gülnar Nuriyeva daha sonra 2012-2016-cı illərdə Türkiyə Cümhuriyyətinin Dokuz Eylül Universitetinin Ginekologiya və Mamalıq Kafedrası – Tibb Fakültəsində uzmanlıq keçib.

Əmək fəaliyyətinə 2012-2016-cı illərdə Türkiyə Cümhuriyyətinin Dokuz Eylül Xəstəxanasında başlayan həkim mama-ginekoloq daha sonra qadın xəstəlikləri və doğum uzmanı olaraq Türkiyənin İğdır şəhərində Özel Bulut Xəstəxanasında çalışıb.

2018-2021-ci illərdə “Fellowship” təqaüd proqramı ilə İsrailin Hadassah Universiteti Xəstəxanasının Ginekologiya şöbəsinin Ekstrakorporal mayalanma bölməsində təhsil alıb və bu müddətdə həmin şöbədə fəaliyyət göstərib.

2021-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində Doğum Şöbəsinin müdiri olan Gülnar Nuriyeva daha sonra Mərkəzi Gömrük Hospitalda həkim-ginekoloq olaraq çalışıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir